Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əsgər yoldaşı tərəfindən qətlə yetirilən Elmarın ürəkdağlayan FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mirzoyev Elmar Elçhin oğlu qətlə yetirilib.

Mynews.az “Qafqazinfo”ya istinadən hərbçi yoldaşı tərəfindən güllələnən Elmar Mirzoevin fotosunu təqdim edir.

Qeyd edək ki, hərbçimizin odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...