Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Anası xərçəng xəstəsi olan qadının faciəvi sonu

Şabranda intihar hadisəsi olub.

Rayon sakini 53 yaşlı Əskərova Yeganə Ağayar qızı yaşadığı evin həyətyanı sahəsində özünü asaraq, intihara cəhd edib. Lakin bunu görən qardaşı dərhal müdaxilə edərək, onu Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Y.Əskərova orada dünyasını dəyişib.

İlkin ehtimala görə, Y.Əskərova anasının ağır xərçəng xəstəsi olmasını bilib və bundan dərin sarsıntı keçirib. Onun məhz bu səbəblə özünü asdığı ehtimal edilir.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...