Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

12 şəhidimizin adı bəlli oldu - FOTOLAR

Ermənistan ordusunun genişmiqyaslı təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının tabeçiliyində olan "Komando" birliyinin hərbçisi, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüd Fərid Kəmaləddin oğlu Mehbalıyevin, Qəbələ rayonu, Mıxlıqovaq kəndindən olan MAXE Babazadə Elşən Sahib Oğlunun, kapitan Saleh Qurbanovun, Naxçıvanın Şərur rayon Yengicə kənd sakini, 1997-ci il təvəllüd hərbçi Əli Cavad oğlu Əliyevin, Qazax rayonu Daşsalahlı kənd sakini, Gizir Kərimov Azad Zakir oğlunun, Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Şəmistan Sadıqovun, Qazaxın Kəmərli kənd sakini, 1993-cü il təvəllüd Azər Mustafa oğlu Məmmədovun, İsmayıllı rayonu Talıstan kəndindən olan Cavidan Bədəlovun, hərbi qulluqçu, Saatlı rayonu, Qara Nuru kənd sakini Nəsirov Ülvinin, XTQ giziri Səid Həsənovun, XTQ giziri Nəzər Əzizovun və MAXE Ümid İlqar oğlu Həsənovun şəhid olduğu bildirilir. 

Mynews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Fərid Kəmaləddin oğlu Mehbalıyevin Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevin əmisi nəvəsi olduğu bildirilir.

Allah Şəhidlərimizə rəhmət eləsin! 

 

 

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...