Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəhid Azad Kərimov Qazaxda dəfn olundu

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Azad Kərimov dəfn edilib.

1994-cü il təvəllüdlü Azad Zakir oğlu Kərimovla Daş Salahlı kəndində, ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Vida mərasimindən sonra şəhid kənd Qəbristanlığında olan Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, gizir A.Kərimov ailəli olub, onun 1 və 3 yaşlı oğlu var.

Allah rəhmət eləsin!

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...