Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda tanınmış təhsil şirkətinin rəhbəri faciəvi şəkildə öldü

Bakıda ölümlə nəticələnən hadisə yaşanıb. 
 
Mynews.az Olke.az-a istinadən xəbər verir ki. Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində "Cherry" markalı avtomobil yolu keçməyə çalışan piyadanı vurub.
 
Qeyd edək ki, avtomobilin vurduğu şəxs "Akademi Group" şirkətinin rəhbəri Razi Vəliyev olub.
 
Belə ki, yolu keçərkən sürətlə hərəkət edən minik avtomobili onu vuraraq kənara atıb. O, hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Xatırladaq ki, Razi Vəliyev təhsil sahəsində tanınmış şəxslərdən biri olub. O, Azərbaycanda təhsil sərgilərinin təşkilatçısı kimi tanınıb.
 
Allah rəhmət eləsin!
 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...