Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bulvarda DƏHŞƏT: hər kəsin qarşısında özünü... - Yenilənib

Bu gün axşam saatlarında bulvarda özünü dənizə atan şəxsin kimliyi məlum olub. Mynews.az Lent.az-a istinadən əldə etdiyi məlumata görə, özünü dənizə ataraq öldürən şəxs Osmanov Kərəm Oruc oğludur. O, İsmayıllı rayonunun Mücü kəndinin sakinidir.

Bildirilir ki, onun  şəxsiyyət vəsiqəsi cibindən tapılıb.  

**

21:57

Bakı bulvarında bir nəfər özünü dənizə ataraq intihar edib. Saat təxminən 21:30 radələrində bulvarın Hökümət Evi ilə üzbəüz istiqamətindən özünü dənizə atan şəxsi xilas etmək mümkün olmayıb. Şəxsiyyəti hələ dəqiqləşdirilməyən  şəxs onu xilas etmək üçün ətrafdakıların dənizə atdığı xilasedici ip və təkərlərdən tutmaqdan imtina edib və dənizin dərinliklərinə qərq olub. 

Hazırda onun meyitinin dənizdən çıxarılmasına çalışılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...