Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

16 yaşlı qız dönərdən zəhərlənib

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, Tovuz rayon Qovlar kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynova Gülər Faiq qızı yediyi dönərdən zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və G.Hüseynovaya dərhal tibbi yardım göstərilib. Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...