Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dəm qazından 24 nəfər zəhərləndi - Bayram günlərində

“Bayram günlərində 24  nəfər dəm qazından zəhərlənmə ilə  Kliniki Tibbi Mərkəzə gətirilib". 

Bunu Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, həmin şəxslərdən 7 nəfər hospitalizasiya edilib: “Dəm qazı zəhərlənmələri zamanı ölüm halı qeydə alınmayıb”.

Şöbə müdiri bayram günlərində Azərbaycanda qeydə alınan alkoqol sərxoşluğu və dərman zəhərlənmələrinin sayını da açıqlayıb.

Şöbə müdiri deyib ki, bayram günlərində 11 nəfər dərman zəhərlənməsi şikayəti ilə Toksikologiya şöbəsinə müraciət edib: “Onlardan 3 nəfər xəstəxanaya yerləşdirilib. Dərman zəhərlənməsinə səbəb həkim təyinatı ilə yazılmış antibiotiklər, öskürək əleyhinə dərmanlar olub.  Həmin dərmanlar əks təsir göstərib”.

Bundan başqa, bayram günlərində 17 nəfər alkoqol sərxoşluğu şikayəti ilə Toksikologiya şöbəsinə gətirilib: “Onlara da ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”.

A.Maqsudov qeyd edib ki, bayram günlərində sirkə turşusu zəhərlənməsi ilə bağlı bir kişi mərkəzə gətirilib: “ 53 yaşında olan həmin kişi intihar məqsədi ilə sirkə turşusu içib.  Hazırda vəziyyəti ağır olaraq qalır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...