Bakıda taksi sürücüsünü kəndirlədilər - Bıçaqlanan var
Bakıda taksi sürücüsünü soymaq istəyən şəxslərdən biri hadisə zamanı bıçaqlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 26-da saat 6 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Vahid Mövlazadənin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan 4 naməlum şəxs metronun "20 Yanvar" stansiyasına gedəcəklərini bildiriblər. A.Məhərrəmov küçəsində onlar sürücünün boğazına kəndir dolayıb, bıçaqla hədələyərək avtomobildən düşməsini tələb ediblər.
V.Mövlazadə avtomolbildən düşərkən özünə məxsus bıçaqla onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirib və səs-küy yarandığından həmin şəxslər hadisə yerindən qaçıblar.
Görülmüş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Qardaşxan Abdullayev, Şirvan şəhər sakini Ceyhun Məmmədzadə, Cəlilabad rayon sakini Rəfayel Əlizadə Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub, digər 1 nəfər isə müəyyən edilib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1108 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1095 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1095 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1092 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 991 dəfə oxunub