Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda bacı və qardaş özlərini dənizə ataraq intihar etdilər - TƏFƏRRÜAT

Martın 20-də axşam saatlarında Bakıda bacı və qardaşın intiharı ilə bağlı araşdırmalar aparılır.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, “Şıx” çimərliyi ərazisində Yasamal rayon sakinləri, 1957-ci ildə anadan olmuş Əliyev Rauf Təyyar oğlu və onun bacısı, 1963-cü ildə anadan olmuş Səlimova Gülnaz Təyyar qızının özlərini dənizə ataraq intihar etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Bildirilir ki, hadisədən əvvəl Rauf Əliyev oğluna zəng edərək “Şıx” istiqamətinə getdiklərini deyib. Ailə üzvləri gələnədək R.Əliyev və Gülnaz Səlimova özlərini dənizə ataraq intihar edib. Martın 21-də gecə saat 01 radələrində hər iki şəxsin meyiti sudan çıxarılıb.

Ailəni tanıyan şəxslərin sözlərinə görə, intihar edən bacı-qardaşın maddi problemi olmayıb və onlar ziyalı ailənin üzvləridir. Hadisəyə ailədaxili münasibətlərin kəskinləşməsi səbəb olub.

Qeyd edək ki, ilkin məlumatda R.Əliyevin əsəb xəstəsi olduğu qeyd edilib.

Araşdırmalar davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...