Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ŞOK: Azərbaycanda kişi 47 yaşlı məşuqəsini baltaladı - FOTO-18+

Bu gün Xaçmazın Şimali kəndində baş vermiş baltalanma hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Mynews.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, hadisəni törədən 38 yaşlı Samir Qaçıyev bir müddət əvvəl Gülnaz Ələkbərovanın qızını qaçırıb və 3 gündən sonra geri qaytarıbmış. Gülnaz Ələkbərova bu gün səhər saatlarında Samirin yaşadığı evə gələrək onunla mübahisə edib. İndi polis və prokurorluq əməkdaşları 47 yaşlı Gülnaz Ələkbərovanın Samir Qaçıyevlə münaqişəsinin əsl səbəblərini araşdırır. Onların şəxsi yaxınlıqlarının olub- olmadığı da bu araşdırmalar nəticəsində məlum olacaq. Artıq Xaçmaz polisi özündən 10 yaş böyük qadına balta zərbələri endirmiş Samir Qaçıyevi saxlayıb.

Faktla bağlı Xaçmaz prokurorluğunda cinayət işi açılıb. 


10:26
Azərbaycanda kişi məşuqəsini baltaladı. Faktla bağlı araşdırma aparılır.

Xaçmazın Şimali kəndində hələlik adı istintaqa məlum olmayan kişi qeyri-rəsmi yaşadığı qadını baltalayaraq qətlə yetirib. İstiPress-in şimal bürosunun məlumatına görə, hal-hazırda baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparır.
ŞOK: Azərbaycanda kişi 47 yaşlı məşuqəsini baltaladı (+18 FOTO) (YENİLƏNİB)

istipres

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...