Bakıda sürücü sərnişini belə xilas etdi - VİDEO
“Bakubus”ın sürücüsü növbəti dəfə sərnişinin həyatını xilas edib.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, martın 26-da 8 nömrəli marşrut xəttində hərəkət edən avtobusda sərnişinlərdən birinin səhhəti qəflətən pisləşib və müvazinətini itirərək yerə yıxılıb. Bu zaman sürücü avtobusu təhlükəsiz yerdə saxlayaraq halı pisləşmiş sərnişinə yardım edib. Sürücü onu avtobusun salonundan təhlükəsiz şəkildə kənara çıxarıb və daha sonra avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə sərnişinə ilk tibbi yardımı göstərib. Bundan sonra sürücü sərnişini əraziyə çağrılmış təcili tibbi yardım əməkdaşlarına təhvil verib.
Məsələ ilə bağlı açıqlama verən şirkətin mətbuat katibi Mənsur Piriyev bildirib ki, “BakuBus” sürücülərinin hər biri bu kimi hallarla bağlı təlimatlandırılıb və xüsusi kurslara cəlb edilib: “Keçirilən kurslarda onlara nəzəri biliklərlə yanaşı, ilkin tibbi yardım qaydaları ilə bağlı praktik məşğələlər də keçirilir. Bununla yanaşı, bütün avtobuslarımızda sürücü kabinəsində “Sürücünün yaddaş kitabçası” var. Həmin kitabçada ilkin tibbi yardımla bağlı ətraflı məlumatlar əks olunub. Eyni zamanda qəza, fövqəladə hal və ya bədbəxt hadisələr zamanı ilk olaraq, hansı qaydalara əməl etmək və baş verən hadisə zamanı zərərçəkənə ilkin tibbi yardımın göstərilməsi qaydaları izah olunub”.
Qeyd edək ki, analoji hadisə bu il yanvar ayında da yaşanmış, sürücü sərnişinin həyatını xilas etmişdi.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 956 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 927 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 917 dəfə oxunub