Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağır qəza: kilsədən qayıdan 13 nəfər həlak oldu - VİDEO

ABŞ-ın Texas ştatındakı Nyu Braunfels şəhərində ağır yol qəzası baş verib.

Yerli Birinci Baptist Kilsəsində ibadətdən qayıdanları daşıyan sərnişin apvtobusu Texas ştatının cənub-qərbində, Konkan şəhərindəki 83-cü şossedə pikapla toqquşub. Avtobusda 14 yaşlı baptist, pikapda isə sadəcə, sükan arxasında sürücü vardı.

Baptistlər Leyki şəhərindəki "Alto Frio Baptist Camp"də üçgünlük ibadət və ayinlərdən qayıdırdılar.

Ştatın mərkəzi şəhəri San-Antoniodan 102 km aralıda baş vermiş qəzada 13 nəfər həlak olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...