Bakıda ağır qəza - 2 ölü, 3 yaralı
Bakının Yasamal rayonu ərazisində ağır zəncirvari yol qəzası baş verib.
Mynews.az Report.az-a istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin digər iki "Mercedes" ilə toqquşması nəticəsində qeydə alınıb.
Qəza zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölənlərdən biri qəzanı törədən avtomobilin sürüsü, 1992-ci il təvəllüdlü Binnətli Salman Natiq oğlu, digəri isə yol kənarında duran piyada - 1983-cü il təvəllüdlü Ağayev Elçin Namiq oğludur. Mərhum, maşının onu vurması nəticəsində əvvəlcə ağaca, sonra isə reklam lövhəsinə çırpılaraq yerə düşüb. O, bir neçə hissəyə parçalanıb.
Qəza zamanı 1991-ci il təvəllüdlü Əhməd Müzəffərov, 1995-ci il təvəllüdlü Əmrah Əliyev, 1994-cü il təvəllüdlü Anar Feyzullayev, həmçinin təvəllüdü və soyadı hələ ki, məlum olmayan Adil adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sonuncu şəxsin xəsarəti yüngül olduğundan o, evə buraxılıb. Qəza zamanı ağır kəllə-beyin travması alan Əhməd Müzəffərovun vəziyyəti kritikdir. Yaralılar qəzanı törədən avtomobilin sərnişinləri olublar.
Əraziyə 4 "təcili yardım" maşını və polis əməkdaşları cəlb olunub.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1132 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1120 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1120 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1118 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1009 dəfə oxunub