Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda avtobus piyadanı vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, döngə 5 ünvanında qeydə alınıb.

Belə ki, “62” saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Pənahov Tural Mamed oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...