Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının mərkəzindəki dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Yasamal rayonunun C.Cabbarlı küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Mynews.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 31-də saat 1 radələrində Yasamal rayonunun C.Cabbarlı küçəsində Bakı şəhər sakini Salman Binnətli “Mercedes” markalı avtomobili idarə edərkən yolun kənarında dayanan Yadulla Məmmədova məxsus “Mercedes” markalı avtomobilə vurub. Nəticədə idarəetməni itirən S.Binnətlinin avtomobili yolu keçən paytaxt sakini Elçin Əliyevə dəyib və sonra ağaca çırpılıb. E.Əliyev və S.Binnətli hadisə yerində ölüb, avtomobildə olan 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

 

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...