Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bacı ilə qardaşın başını kəsdi, analarını isə... - Səhərin dəhşətli xəbəri

Bakıda bir ailənin iki üzvü qətlə yetirilib, daha biri isə ağır yaralanıb.

Mynews.az Report.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəriman Nərimanov rayonunda qeydə alınıb.

Rayonun Montin qəsəbəsində dəmiryolu yaxınlığında yerləşən fərdi yaşayış evinə bir nəfər qətl törətmək məqsədilə (hələlik adı açıqlanmır) 1962-ci il təvəllüdlü Lətafət Qasımovanın boğaz və üz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. O, daha sonra L.Qasımovanın gənc oğul və qızının başını kəsərək meyitlərini öz avtomobilinin yük saxlanılan yerinə yerləşdirib.

Faktla bağlı cinayət işi başlanılıb. Qətl törədən şəxs Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə qətli törədən şəxs L.Qasımovanın qohumudur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...