Dağıstanda VƏHŞİLİK - azərbaycanlı sürücünün maşınına od vurdular, özünü ölümcül döydülər - VİDEO
Mart ayının 31-də Dağıstanda çalışan azərbaycanlı sürücülərə qarşı vəhşilik törədilib.
Mynews.az musavat.com-a istinadən xəbər verir ki, vəhşiliyi yerli sürücülər ediblər. Onlar həmyerlilərimizin idarə etdikləri yük maşınlarını daşa basıb, yandırıb və özlərini də döyüblər.
Dağıstanlı yük maşını sürücüləri bu əməli etmələri ilə bağlı səs yazılarını da yayıblar. Həmin səs yazısında onlar azərbaycanlı sürücüləri lazımi qaydada cəzalandırdıqlarını, hətta polislər gələnə qədər əllərindən gələni etdiklərini bildiriblər.
Səs yazısında aşağıdakı deyilir: "Qardaşlar, kim yatmayıbsa, xəbər edirəm. Bu gün bizə baş barmağını göstərən azərbaycanlı sürücünün maşınını məhv etdik, özünün də burnunu sındırdıq. Hadisə 5-10 dəqiqə əvvəl, Qoçubəy ərazisində oldu. Digər maşınları da apardılar".
Səs yazısından və redaksiyaya məlumat verən şəxsin açıqlamasından aydın olur ki, Gizlər-Qoçubəy yolunda bizim yük maşınlarına qarşı vəhşicəsinə baş verən hücumun səbəbi kimi guya azərbaycanlı sürücülərdən birinin onlara söyüş mənasını verən baş barmaq işarəsi göstərməsi bildirilir. Amma əsl səbəb başqadır. Tətil edən dağıstanlı sürücülər federal yoldan hər hansı yük maşınının, eləcə də Azərbaycan firmalarına məxsus maşınların keçməsini istəmir. Bunun ucbatından tərəflər arasında mübahisə düşüb və nəticə azərbaycanlı sürücülərin cəzalandırılması ilə bitib.
Hadisə nəticəsində zədə alan sürücünün kimliyi bilinmir. Amma fotodan onun kim olduğu müəyyənləşdirilə bilər. Bundan başqa, yük maşınlarının məxsus olduğu firma rəhbərliyi də hadisəni araşdıra bilər.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 981 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 952 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 942 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 941 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 939 dəfə oxunub