Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kolumbiyada yüzlərlə insan daşqının qurbanı oldu - VİDEO - FOTOLAR

Kolumbiyada Mokoa (Putumayo departamenti) bələdiyyəsində ən azı 254 nəfər çayların daşması nəticəsində meydana gələn daşqının qurbanı olub.

Mynews.az xəbər verir ki, bu barədə ölkə prezidenti Xuan Manuel Santos “Twitter” hesabında bildirib. 

Daha öncə Beynəlxalq Qırmızı Xaç Komitəsi 200 nəfərin öldüyünü bildirib. AFP agentliyinin məlumatına görə, ölənlər arasında 43 uşaq var.  

Prezident “Twitter” hesabında təbii fəlakətdən zərər çəkən regionun bərpası üçün ayrılmış 1,2 milyard dollardan danışıb. O, ölənlərin ailə üzvlərinə başsağlığı verib, 2 min xilasedici və həkimə fəlakət zonasında göstərdikləri fədakar əməyə görə təşəkkür edib. 

Güclü yağış nəticəsində çaylar məcrasından çıxıb. Daşqın şənbə günü səhər saatlarında başlayıb. Bələdiyyədə bir çox körpülər dağılıb, avtomobilləri sel aparıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...