Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Siyəzəndə bağırsaqları yuyulan körpə öldü - VİDEO

Siyəzəndə bağırsaqları yuyulan 5 aylıq körpə dünyasını dəyişib.

Mynews.az Xəzər TV-yə istinadən məlumat verir ki, valideynləri uşağın həkim səhvi ucbatından öldüyünü iddia edirlər.

Siyəzən sakini Mazan Əzimov martın 19-da oğlu, 5 aylıq Cahidi Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparıb. Körpənin hərarəti və soyuqdəyməsi olduğu üçün uşaq həkimi Mənsurə Ağayeva tərəfindən müalicə aparılıb. Martın 30-da isə Cahidin bağırsaqları yuyulub. Bir neçə saatdan sonra isə körpədə qanaxma əmələ gəlib.

Cahid Əzimov paytaxtdakı xəstəxanalardan birinə çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib.

Valideynləri iddia edir ki, azyaşlı tibb müəssisəsində müalicə aldığı dövrdə rentgen müayinəsindən keçirilməyib. Kortəbii aparılan müalicə nəticəsində də bağırsağına su çox vurulub və bu səbəbdən də qanaxma baş verib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Qeyd edilən ittihamlarla bağlı Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən münasibət öyrənmək mümkün olmayıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...