Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərindən şübhələnən qadından taksi sürücüsünə təklif - "Onu izlə, nə istəyirsən verim" - Bakıda

Qadın sürücünün ona əxlaqsız təklif etdiyini deyib

Bakıda qəribə hadisə baş verib. Mynews.az xəbər verir ki, bu haqda azxeber.com-a taksi sürücüsü özü məlumat verib. Onun dediyinə görə, qadın müştərilərdən biri sürücüyə ərini izləmək təklifi edib, əvəzində isə nə qədər pul istəsə verəcəyini bildirib. Sürücü bu təkliflə razılaşmayıb, bunun etik olmadığını deyib və qadını bu işdən yayındırmağa çalışıb. Sürücünün bu reaksiyası qadını daha da hiddətləndirib və o sürücüdən taksi şirkətinə şikayət edib. Belə ki, qadın sürücünün ona əxlaqsız təklif etdiyini deyib. Şirkət məsələni araşdırıb və məlum olub ki, qadın yalan deyirmiş. Əvəzində taksi şirkəti bu addıma görə sürücünü mükafatlandırıb və onun balansına pul yükləyib. Qeyd edək ki, sürücünün dediyinə görə izlənilməsi tələb olunan kişi məmur imiş. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...