Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağıldan kəm qadına kəndin bütün kişiləri təcavüz etdi - 17 yaşlı oğlandan hamilə qaldı

Türkiyənin Yozqat bölgəsində yaşayan 40 yaşlı Fatma adlı (ad şərtidir) zəka geriliyi olan qadına demək olar ki, kənddə yaşayan bütün kişilər təcavüz edib. 
Hadisənin üstü qadın hamilə qalandan sonra açılıb. Ölkədən kənarda yaşayan bacısı kəndə gəldiyində Fatma ona qarnının ağrıdığını söyləyib və bacısı onu müayinə üçün həkimə aparıb. Müayinə zamanı bəlli olub ki, Fatma 6 aylıq hamilədir. İşin üstü açılandan sonra Fatmanın 17 yaşlı bir uşaqdan hamilə qaldığı ortaya çıxıb. 
Qadının alt paltarlarında aparılan analizlərdə 71 yaşlı "əmi” dediyi adamın belə izləri aşkar edilib. 
Dəhşətli hadisə ilə bağlı aparılan məhkəmənin gedişatı Türkiyə mətbuatına yansıyıb. Aparılan məhkəmə zamanı 12 nəfər haqqında "cinsi təcavüz" ittihamı ilə cinayət işi açılıb. 40 nəfər isə şahid qismində dindirilib. Hadisənin tükürpətici tərəflərindən biri də Fatma ilə bağlı baş verənlərdən bütün kəndin xəbərdar olması, ancaq bunu gizlətmələridir. Kənd sakinləri istintaq çərçivəsində özləri susduqlarını etiraf ediblər. 
Fatmaya cinsi təcavüz edənlər onu müxtəlif bəhanələrlə aldadıb çağırırmışlar. Kimisi başını müalicə edəcəyini söyləyərək Fatmanı tarlalara aparmış, kimisi maşına mindirmiş, kimisi hadisə ortaya çıxanda təcavüz edənlərdən  birinə "Evlən qızla" demiş.  İstintaq ərəfəsində Fatmanın ev telefonu da yoxlanılıb. Bəlli olub ki, hətta bir nəfərdən Fatmaya düz 246 dəfə zəng gəlib. Telefonun sahibi “mən zəngin iş adamıyam, işçilərim var, onlar zəng vurublar” deyə bəhanə gətirmiş. 
Fatma ağıldankəm olsa da kimin ona nə zaman nə etdiyini dəqiqliklə anladıb, ona təcavüz edənləri adbaad  sayıb. Məhkəmə zamanı isə hakimə bunları deyib: "Mən müttəhimlərlə istəyərək əlaqəyə girməmişəm. Onlar məni çağıranda "canım istəyir” deyə düşünərək getməmişəm. Mən münasibətlə bağlı şeyləri onsuz da bilmirəm. Mən atamla kənddə qalırdım. Atama baxırdım. Atamın ağlı yerindədir. Mənim də ağlım yerindədir. Dəli deyiləm, ağıllıyam. Hər kəs məni ağıllı bilir, çünki məni sevirlər".
Fatmanın uşağının 17 yaşlı atası uşağı rədd edib, vəkili isə “Fatma cinsi əlaqəyə istəyərək girib” deyərək müttəhimi müdafiə edib. 
Fatmaya təcavüz edən 71 yaşlı kişi “Mən cinsi əlaqədə ola bilmirəm” desə də məhkəmə qoca haqqında həbs qərarı çıxarıb. Həmçinin, 200 nəfər əhalisi olan kəndin muxtarının da cinayətə cəlb olunmasına qərar verilib.
 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...