Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

15 yaşlı qızını öldürən ata məhkəmə qarşısında

Bakıda 15 yaşlı qızını qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə başlayıb.

Mynews.az Lent.az-a istinadən verdiyi məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror işin məhkəmə baxışına təyin edilməsini istəyib. Hakimlər kollegiyası məhkəmənin işə baxışa verilməsi ilə bağlı qərar qəbul edib. Məhkəmənin baxış iclası aprelin 7-ə təyin edilib.

Qeyd edək ki, qətl keçən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanı qısqanclıq zəminində gecə yatdığı yerdə bıçaqla qətlə yetirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...