Gəncədə rəzalət - 3 uşaq atası qardaşı qızını qaçırdı - VİDEO
8 illik evliliyini qardaşının qızına görə bitirdi. Kişi evlənmək üçün 2 uşaq anası olan qardaşı qızını qaçırıb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, tükürpədici hadisə hansısa filmdə yox, məhz ölkəmizdə, Gəncə şəhərində baş verib.
3 uşaq atası 26 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.
Bu haqda məlumatı Həsənin ayrılmaq istədiyi həyat yoldaşı Həmidə Səfərova verdiyindən bizə inandırıcı gəlmədi. Ancaq təəssüf ki, təfərrüatlar bizi dəhşətə gətirdi. Onun sözlərinə görə, əri ilə qaynı qızı 1 ay əvvəl qoşulub qaçıblar. O isə uşaqlarını da götürərək Biləsuvarda öz ata evinə qayıdıb. Qadın deyir ki, əri ilə qaynı qızının münasibətindən evləndikdən bir müddət sonra şübhələnib. Amma hər dəfə bu mövzu açılanda həyat yoldaşı onu müxtəlif vasitələrlə təhdid edib.
Həsən Səfərovla telefonla əlaqə saxlamağa zəhd etsək də, baş tutmadı. İddiaların doğru olub- olmadığını öyrənmək üçün Həsən Səfərovun evinə yollandıq. Burdan eşitdiklərimizi daha da dəhşətli idi.
Həyat yoldaşı Həmidə Səfərova isə deyir ki, ərinə qoşulub qaçan qaynı qızı evli olub, 2 uşaq anasıdır. Əmisi ilə evlənmək üçün 2 uşağını da yoldaşının üstünə atıb.
Qadının sözlərinə görə, əri ilə qızın üstündə tez -tez davaları düşüb. Sonda kişi boşanmaq üçün məhkəməyə müraciət edib. Amma uşaqları azyaşlı olduğundan hakim boşanmanı bir müddət təxirə salıb. Kişi də boşanma olmadan rəsmi nikahda ola-ola bu üsula əl atıb.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 952 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 924 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 915 dəfə oxunub