Fəhlələr arasında kütləvi dava - SUMQAYITDA
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi ilə Sumqayıtda tikilən Karbamid zavodunun inşaatçıları arasında əlbəyaxa dava düşüb.
Mynews.az modern.az-a istinadən xəbər verir ki, dava-dalaş tikintidə çalışan türkiyəli və azərbaycanlı işçilər arasında baş verib. Olaya səbəb türklərin azərbaycanlıları aşağılaması, onları ələ salması olub.
Belə ki, inşaat işlərində azərbaycanlılardan daha yüksək maaş alan türkiyəli işçilərin “siz heç nə bilmirsiniz, bacarıqsız və savadsızsınız, ona görə də sizdən yaxşı maaş alırıq” demələri azərbaycanlıların etirazına səbəb olub. Daha sonra etiraz əlbəyaxa davaya çevirilib. Olayda hər iki tərəfdən xeyli adamın iştirak etdiyi bildirilir.
Hadisə barədə SOCAR rəhbərliyi məlumatlandırılandan sonra dava-dalaş salan türkiyəli fəhlələr inşaat işlərindən kənarlaşdırılıb. Bununla da kifayətlənməyərək, türkiyəli fəhlələri Azərbaycandan deportasiya ediblər.
Xəbərə görə, inşaat ərazisini tərk edən türkiyəli fəhlələr gedərkən divara azərbaycanlılara ünvanladıqları pis söyüşlər yazıblar. Ancaq söyüşü kimin yazdığı məlum olmadığından heç kimi cəzalandıra bilməyiblər.
SOCAR-ın mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, doğrudan da Karbamid zavodunun inşaat işləri tərəfdaş şirkətlərin işçiləri tərəfindən həyata keçirilir. Ancaq bu günlər orada hansısa insidentin olduğunu təsdiqləməyiblər.
“Karbamid zavodunda insidentin yaşanması ilə bağlı yayılan məlumatlar yanlışdır. Zavodun tikinti işləri davam etməkdədir. Tikinti işlərində çalışan işçilər arasında belə bir qarşıdurma və ya insidentin olmasına heç bir halda yol verilmir”,-deyə SOCAR-dan bildirlib.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 962 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 951 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 950 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 947 dəfə oxunub