Dəhşətli ölüm hadisəsi

Bu gecə Xaçmaz rayonunun Qarabağlı kəndində 2 nəfərin ölümü ilə nəticələnən faciəvi hadisənin təfərrüatı məlum olub.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, kənd ərazisində yerləşən evdə meyiti tapılan 49 yaşlı Namiq Tağıyev və 41 yaşlı Xalidə Mustafayeva iş yoldaşı olub. Dünən onların telefon zənglərinə cavab vermədiyini görən yaxınları evə gələndə dəhşətli mənzərə ilə qarşılaşıblar.
Bildirilib ki, N.Tağıyev Bakıda müxtəlif sahələrdə çalışıb. O, bir neçə il əvvəl "Oskar" mətbəəsini yaradıb və bu mətbəənin direktoru olub. Məlum hadisədə N.Tağıyevlə birgə həyatını itirən Xalidə Mustafayeva da həmin mətbəədə çalışıb.
Bir neçə gün əvvəl isə N.Tağıyev Xalidə ilə birgə özünə məxsus avtomobillə Xaçmaza gedib. Onlar Xaçmazda N.Tağıyevə məxsus olan və Qarabağlı kəndində yerləşən evdə qalıblar və qaz sobasının otağa dolduruğu qazdan boğularaq vəfat ediblər.
Qeyd edək ki, N.Tağıyev evli, X.Mustafayeva isə subay olub.
Kənd sakinləri bildirib ki, N.Tağıyev xeyli müddət əvvəldən Bakıya köçüb və işini paytaxtda qurub. O, ara-sıra doğma kəndinə gedirmiş.
Loading...
Hadisə
- Bakıda əyləncə mərkəzinə oğru girdi - 40 min götürüb qaçdı
- Bakıda ağac lüks avtomobillərin üstünə aşdı - "Axşam toyu olacaqdı..." - VİDEO
- Bakıda yarıçılpaq bıçaqlı şəxslər insanlara belə hücum etdi
- Aeroport yolunda ağır qəza - İki maşın toqquşdu - ANBAAN VİDEO
- KamAZ-ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan faktlar
- Bakıda dəhşətli qəzada ölən tələbənin sevgi məktubu tapıldı - ÖZƏL + FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Yanvarın 1-dən pensiyalar artırılacaq - ŞAD XƏBƏR! 560 dəfə oxunub
- Naməlum qadın toyda şok yaratdı - “Toyu dayandırın! O mən olmalıydım” - VİDEO 556 dəfə oxunub
- Aparıcı Fatimə: "Öz reklamıma görə evli kişi ilə münasibətə "hə" deyərəm" 198 dəfə oxunub
- “EuroHome”in sahibi bu şəxsdir 197 dəfə oxunub
- Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi - General vəzifədən azad edildi 194 dəfə oxunub
loading...