Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qatarla avtomobilin toqquşmasının səbəbi bəlli olub

Sabirabadda iki nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən qatarla avtomobilin toqquşmasının səbəbi bəlli olub.

Mynews.az-ın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, aprelin 5-də saat 03.00 radələrində dəmir yolunun Mürsəlli-Osmanlı mənzilinin 62-ci km-də yerləşən qorunmayan keçiddə yük qatarı Sabirabad rayon sakini Əflatun Dəmirqulu oğlu Məmmədovun idarə etdiyi QAZ-31-10 markalı 54-BJ-709 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində Sabirabad rayonu Hacıbəbirli kənd sakinləri ,1967-ci il təvəllüdlü Əflatun Dəmirqulu oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Asəf Əkbər oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib, xəsarət alan Sabirabad rayonu, Nizami kənd sakini Zakir Ağasəf oğlu Baxşəliyev xəstəxanaya yerləşdirilib.

Qəzadan sonra yük qatarı avtoqoşquya ilişən avtomaşınla hadisə yerindən 250 metr aralıda dayanıb.

 

Qeyd edək ki, həmin sahədə qatarların hərəkət sürəti saatda 80 km-dir. Hadisəyə səbəb sürücü tərəfindən "Yol Hərəkəti Haqqında" Qanunun 44-cü maddəsinin 1, 2, 3 -cü bəndlərinin tələbləri kobud surətdə pozması və nəqliyyat vasitəsinin qatarın yoluna çıxması olub. Hadisə nəticəsində 672 saylı Bakı-Astara-Horadiz sərnişin qatarı hərəkət cədvəlindən çıxıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...