Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilər Qapanlı sakinlərinin evlərini atəşə tutub - HADİSƏ YERİNDƏN - VİDEO

Bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələri Tərtər rayonu Qapanlı kəndini atəşə tutub. Kənd sakini Quliyev Famil Səlim oğluna məxsus həyətə 60 millimetrlik minaatan mərmisi düşüb. Famil Quliyevin evinə ziyan dəyməsə də, həyətindəki toyuq-cücə tələf olub. Hadisə baş verən vaxt ev sahibləri evdə olublar.

Famil Quliyevin sözlərinə görə, ermənilər kəndə ard-arda iki mərmi atıblar: "Oturub evdə yemək yeyirdik, ermənilər kəndə mərmi atdılar. İkisini dalbadal atdılar. Biri də qonşu məhəlləyə düşüb. Erməni vəhşiliyinin bir daha şahidi olduq. Allaha şükür edirik ki, ölən toyuq-cücədir".

Qeyd edək ki, Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin cəbhədə vəziyyəti yenidən gərginləşdirdiyi barədə məlumat yayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...