Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Mynews.az Apa.az-a istinadən verdiyi məlumata görə,  hadisə rayonun qərb tərəfindən girişində qeydə alınıb.

“Opel” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Tovuz şəhər sakini Həsənov Tofiq Şəmil oğlunu vurub.

Sürücü piyadanı Tovuz rayon Mərkəzi Xəstəxanaya çatdırsa da, onun yolda keçindiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...