Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda sərnişin avtobusu qəzaya düşdü - 5 yaralı

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Mynews.az Report-a istinadən xəbərinə görə, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb.

Məlumata görə, 211 saylı “Daewoo” sərnişin avtobusu “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Belə ki, avtobus sərnişinləri arasında xəsarət alan üç nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Avtomobilin yaralanan sərnişinləri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...