Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dənizdən tapılan meyitin kimliyi bəli oldu - Neftçidir

Aprelin 9-u Xəzərdə tapılan kişi meyitinin kimə aid olduğu təxmini müəyyənləşdirilib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirilib ki, həmin kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən Bəhrəmov Cavidə məxsus olduğu təxmin edilir.

Bildirilib ki, qohumları tərəfindən təxmini tanınan meyitin nümunələri genetik ekspertizaya göndərilib və dəqiq nəticə bundan sonra bilinəcək. Ondan sonra meyit ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, C. Bəhrəmov operator vəzifəsində çalışırdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...