Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abşeronda 51 yaşlı kişini ölənə kimi döyüblər

Abşeronda 51 yaşlı kişi döyülərək öldürülüb.

Mynews.az Report-a istinadən xəbər verir ki, 1966-ci il təvəllüdlü Məmliyev Tapdıq Əzizağa oğlu naməlum şəxs tərəfindən döyülərək başından ağır zərbə alıb.

T.Məmliyev aldığı zərbədən hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...