Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Peterburq terrorunda yaralanan 28 yaşlı Zaurdan xəbər var - FOTOLAR

Rusiyanın Sankt-Peterburq şəhərinin metrosunda baş verən partlayış nəticəsində xəsarət alan 28 yaşlı Zaur Vəliyevi Azərbaycanın bu şəhərdəki konsulluğun əməkdaşları və diaspora nümayəndələri ziyarət ediblər. 

Mynews.az xəbər verir ki, bu barədə bizimyol-a onu ziyarət edən şəxslərdən biri olan İbrahim Qasımov bildirib.

"Zaur Rusiyanın Orenburq şəhərində anadan olub və Rusiya vətəndaşıdır. Hazırda o, İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasında müalicə alır. Həkimlərin səyi nəticəsində Zaur özünü yaxşı hiss edir. O bizimlə gülərək söhbət etdi. Hər şey qaydasındadır",- deyə İ.Qasımov bildirib.

Xatırladaq ki, 3 aprel 2017-ci il tarixində Peterburq metropoliteninin "Texnoloji institut" və Sennaya ploşşad" stansiyaları arasında vaqonda partlayış baş verib. Partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb. 

 

Rusiya İstintaq Komitəsi hadisəni terror aktı kimi qiymətləndirib. Fakta bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Sankt-Peterburq rəhbərliyi şəhərdə 3 günlük matəm elan edib. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...