Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazir dəhşətli partlayışın səbəbini açıqladı - VİDEO

Dünən Diyarbəkirdə baş verən partlayışın terror hücumu olduğu təsdiqlənib.

Mynews.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.

“Əvvəlcə elə bildik, partlayış avtomobildə olub. Amma sonra məlum oldu ki, terrorçular lağım ataraq yerin altına partlayıcı maddə yerləşdiriblər. Hazırda xəstəxanada 10-12 yaralı var. Bir texniki işçi və bir polis şəhid olub. Valilik yaxın saatlarda hadisə ilə bağlı daha ətraflı məlumat verəcək”, - Soylu bildirib.

Qeyd edək ki, dünən Türkiyənin Diyarbəkir vilayətinin Bağlar mahalında yerləşən Təhlükəsizlik Şöbəsinin əlavə binasında partlayış baş verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...