Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Göyçayda yol polisi qəza törədib - FOTO

Göyçay rayonunda Dövlət Yol Polisinə (DYP) məxsus avtomobil qəza törədib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə günorta saat 15 radələrində Bakı-Şamaxı-Yevlax magistralının Göyçay şəhəri Natəvan küçəsindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1951-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə köməkçi yoldan baş yola çıxan Göyçay Rayon Polis Şöbəsinin DYP bölməsinə məxsus, YPX əməkdaşıElman Əliyevin idarə etdiyi “BMW” markalı, 99-YP-621 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...