Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aeroport yolunda dəhşətli qəza - 3 nəfər öldü YENİLƏNİB - VİDEO - FOTOLAR

Bu gün səhər saatlarında Bakı şəhərinin Suraxanı rayonu ərazisində - Zığ şosesində baş vermiş dəhşətli qəzada ölən şəxslərin kimliyi müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, "KİA Cerato" markalı avtomobilin "VAZ 2104" markalı avtomobilə arxadan çırpılması nəticəsində ikinci nəqliyyat vasitəsi partlayaraq yanıb və avtomobildə olan 3 nəfər: Quliyev Gülağa Məhərrəm oğlu, Namiq və Elçin adlı şəxslər vəfat edib.

Şəxsiyyətləri hələlik tam müəyyənləşməmiş Namiq və Elçinin qardaş olduğu bildirilir.

Araşdırma aparılır.

***

Bu gün Zığ qəsəbəsindən hava limanı istiqamətində olan yolda dəhşətli qəza baş verib.

Mynews.az Qafqazinfo.az-a istinadən hadisə yerindən verdiyi xəbərə görə, qəza təxminən 1 saat əvvəl olub.

“Kia” markalı 90 VT 097 nömrəli avtomobillə 10 AX 002 nömrəli “VAZ” 2107 markalı maşın toqquşub. Qəza nəticəsində "07" alışaraq yanıb. İlkin məlumata görə, maşının içində 2 nəfər yanaraq ölüb.

Qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...