Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İranda daşqınlar nəticəsində 17 nəfər ölüb

İranın şimal-qərbində baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

mynews.az xəbər verir ki, APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə hadisənin baş verdiyi Şərqi Azərbaycan Vilayətinin rəhbərliyin açıqlamasında bildirilir.

“Hazırda Əcəbşir rayonunda 14 nəfərin meyiti tapılıb, daha üç nəfərin meyiti Azərşəhr dairəsində sudan çıxarılıb. Axtarış-xilasetmə işləri davam edir. Sel daşqınları nəticəsində 37 nəfər zərər çəkib” – deyə, məlumatda qeyd olunub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...