Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda kriminal avtoritet tutuldu - FOTO

Azərbaycanda kriminal avtoritet tutulub.

APA-nın məlumatına görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Bağırov saxlanılıb. Ondan 100 qram tiryək götürülüb.

Məlumata görə, R. Bağırov kriminal aləmlə yaxından əlaqələri olan şəxslərdəndir və “Şaşı” ləqəbi ilə tanınır.

R. Bağırov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Azərbaycanda kriminal avtoritet tutuldu -

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...