Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda borca düşən biznesmen özünü asdı

Abşeron rayonunun Xırdalan şəhərində intihar hadisəsi baş verib.

1971-ci il təvəllüdlü Abdullayev Fərman Rəhman oğlu yaşadığı evdə özünü asıb. Abşeron Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış zamanı onun intihardan əvvəl məktub yazıb qoyduğunu müəyyən ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Bildirilir ki, F.Abdullayev tikinti materiallarının alqı-satqısı ilə məşğul olurmuş və "Eurohome” tikinti materialları bazarında işləyirmiş. İş adamının son vaxtlarda xeyli borcu yaranıb və problemdən çıxmağa çalışırmış.

//report

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...