Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tovuzda qəza - ər və arvad yaralandı

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mynews.az Apa.az-a istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində qeydə alınıb.

“Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Aşağı Öysüzlü kənd sakini 1958-ci il təvəllüdlü Arif Həsənov və onun həyat yoldaşı, sərnişin, 1961-ci il təvəllüdlü Səidə Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...