Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda 4 kişi özünü öldürüb

Dünən Bakıda 4 nəfər özünü öldürüb.

 Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayon sakini, 1968-ci il təvəllüdlü Babayev Kamal Aslan oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi və spirtli içki aludəçisi olduğu bildirilir.

Bundan başqa, Maştağa qəsəbəsində yaşayan Derenov Vyaçeslav Vladimiroviç tanışına məxsus həyət evində özünü asaraq intihar edib. Məlum olub ki, rus əsilli Azərbaycan vətəndaşı olan V.Derenov keçən il həyat yoldaşından boşanıb və maddi çətinliklərlə mübarizə aparırmış. O, məhkəmənin təyin etdiyi alimenti ödəyə bilmədiyi üçün özünü asıb.

Daha bir intihar hadisəsi Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 42 yaşlı Zaur Hacıyev evdə özünü asaraq həyatına son qoyub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...