Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

13 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Ötən gün respublika ərazisində 13 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Mynews.az-ın məlumatına görə, hadisələr nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb. Qəzaların 3-ü , ölüm hadisəsinin 1-i, yaralanmanın isə 10-u Bakı şəhərində qeydə alınıb. Bakıda hava şəraiti ilə əlaqədar ölüm hadisəsi dünən saat 23.50 radələrində Qaradağ rayonu ərazisində Xocahəsən yolunda baş verib. Minik maşını ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb. Beyləqan rayonu ərazisində sürüşmə nəticəsində avtomobil aşıb və bir nəfər həmin hadisə zamanı həlak olub. Bir piyadavurma hadisəsi isə Ucar rayonunda olub. Bu qəza hava şəraiti ilə bağlı deyil.

K.Əliyev sürücü və piyadaları təhlükəli, qarlı və buzlu yollarda hərəkət edərkən diqqətli olmağa çağırıb: “Ümid edirik ki, bugünkü gündə sürücülərimiz bizim tövsiyələrə ciddi yanaşarlar”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...