Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda yaşlı qadını avtomobil vurdu

Bakının Sabunçu rayonunda 72 yaşlı qadını avtomobil vurub.

Mynews.az Report-a istinadən verdiyi xəbərə görə, hadisə 1945-ci il təvəllüdlü Məmmədova Zərifə Məmmədalı qızı Bakıxanov qəsəbəsində stansiya ərazisində yolu keçmək istəyən zaman baş verib.

Qəzanı “10-VM-062” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü törədib və o, xəsarət alan qadını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...