Tovuz sakini ehtiyatsızlıqdan qardaş qatili oldu
Dünən Tovuz rayonunda 15 yaşlı yeniyetmənin 22 yaşlı qardaşını güllələyərək öldürməsi hadisəsinin şok təfərrüatı üzə çıxıb.
Mynews.az-ın Lent.az-a istinadla məlumata görə, İbrahimhacılı kənd sakini, 2002-ci ilin 6 mart tarixində anadan olmuş İbrahim İsmayılov qardaşı, 1995-ci ilin 20 mart tarixində anadan olmuş Sərxan və iki qonşusu ilə dağətəyi əraziyə ova gedib. Burada ov edə bilməyən gənclər saat 16:30 radələrində tüfəngi bir-birinin başına dirəyərək maraqlı şəkil çəkdirmək qərarına gəliblər və əvvəlcə Sərxan 15 yaşlı qardaşının başına silah dayayaraq şəkil çəkdirib.
Daha sonra isə eyni formada şəkil çəkdirmək üçün kiçik qardaşı Sərxanın başına silah dirəyib. Bu zaman onun barmağı ehtiyatsızlıqdan tüfəngin tətiyinə ilişib və atəş açılıb. Yaxın məsafədən açılan atəş 22 yaşlı Sərxan İsmayılovun yerindəcə ölümünə səbəb olub.
Hadisədən sonra ailə üzvləri və qohumları 15 yaşlı İbrahimin polis tərəfindən aparılmasına qarşı çıxıb. O, dindirildikdən sonra gecə saatlarında evinə qaytarılıb.
Bildirilir ki, gənclərin atası ortancıl oğlu ilə Rusiyada işləyir və dünən gecə saatlarında hadisədən xəbər tutan kimi təcili Azərbaycana gəlib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 976 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 943 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 933 dəfə oxunub