Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Biləsuvarda müəmmalı hadisə - VİDEO

Biləsuvar rayonunda qeyri-adi hadisə baş verib. 

Mynews.az -ın XəzərXəbər.az-a istinadən verdiyi məlumata görə, rayonun Bəydili kənd sakini Lazım Qarayevin evində bir müddətdir ki, əşyalar öz-özünə alışaraq yanır. 

Evdə ilk belə hadisə mart ayının 4-də baş verib. Əsasən, günorta saatlarında baş verən yanğın əvvəlcə tüstü ilə müşayiət olunur. Ardınca isə həmin əşya naməlum şəraitdə alovlanır. Ən maraqlısı isə odur ki, bütün əşyalar daha çox uc tərəfindən yanır.

Evin zirzəmisində olan elektrik fanarlarının da ayrıcısı qəfildən yanıb. Bunun elektrik naqillərindəki qısaqapanmadan baş verəcəyindən ehtiyatlanan Lazım Qarayev evə daxil olan xətləri tamamilə dirəklərdən ayırıb.

Mənbəyi hələlik məlum olmayan yanğın təkcə Qarayevlər ailəsinin yaşadığı evdə yox, həm də həyətlərindəki digər tikilidə - hamamda da baş verib.

Evə Biləsuvar yanğından mühafizə hissəsinin mütəxəssisləri baxış keçirsələr də, alovun nədən baş verdiyini müəyyənləşdirə bilməyiblər.

Ailə üzvləri kəndin mollasına da müraciət ediblər.

Azyaşlılar da daxil olmaqla 7 nəfərin yaşadığı ailə əşyaların qəfildən alışmasının evdə böyük miqyaslı yanğına səbəb ola biləcəyindən narahatdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...