Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON DƏQİQƏ! Azərbaycan sərhədçiləri qəzaya düşdü - Ölən və yaralanan var - FOTOLAR

Lənkəran rayonunda sərhədçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonunun Şovu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sərhəd Qoşunlarına (SQ) məxsus "UAZ” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Sərhəd Qoşunlarında xidmət edən baş leytenant, 1991-ci il təvəllüdlü Elçin Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Avtomobildəki digər sərhədçi isə ayağından xəsarət alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...