Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Polis qadını zorladı, videoya çəkdi - "Həyat yoldaşına göstərərəm"

Türkiyədə, Kayserinin Develi mahalında, iddiaya görə polis məmuru İ.Ö. özünü "Kaan" adı ilə tanıtdığı S.A. adlı qadınla bir müddət görüşdükdən sonra onu avtomobili ilə kimsəsiz bir yerə apararaq zorlayıb.

Mynews.az Milli.az-a istinadən xəbər verir ki, zorla əlaqəyə girdiyi qadının görüntülərini çəkən İ.Ö.-nün, qadından pul istədiyi, əks halda bu görüntüləri qadının həyat yoldaşına göstərməklə təhdid etdiyi ortaya çıxıb. Zərər çəkmiş qadının şikayətindən sonra istintaqa başlayan polis axtarılan şəxsin polis məmuru İ.Ö. olduğunu müəyyən edərək saxlayıb.

Təhlükəsizlik İdarəsində ifadəsi alınan, ancaq təcavüz və şantaj iddialarını qəbul etməyən polis məmuru İ.Ö. məhkəmənin qərarı ilə həbs olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...