Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı avtoritet başından güllələndi

Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb.

Mynews.az Oxu.Az a istinadən xəbər verir ki, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.

Belə ki, Surqut şəhərində “Kafe Rus” iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq (“sxodka”) olub. Avtoritetlər arasında mübahisə düşüb. Nəticədə Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başında güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.

S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...