Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qaydaları pozan "KamAZ" "Opel"ə çırpıldı - 3 yaralı - VİDEO

Abşeron rayonu ərazisində də yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Masazır dairəsində “KamAZ” markalı yük maşını ilə “Opel” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Opel”də olan biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ölçülər aparılıb. Qəzadan sonra “KamAZ”ın sürücüsünün hadisə yerindən qaçdığı bildirilib.

İlkin ehtimala görə, qəzaya “KamAZ” markalı avtomobilin sürücüsünün dairəvi hərəkət qaydalarını pozması səbəb olub. O, dairədə yol verməli olduğu halda hərəkəti davam etdirib və nəticədə öz yolu ilə hərəkət edən “Opel”ə çırpılıb. Yararsız vəziyyətə düşən “Opel” cərimə meydançasına aparılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...