İstehsalatda bədbəxt hadisələrdə 10 nəfər ölüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2017-ci ilin birinci rübündə istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb.
Mynews.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 2 hadisə qrup halında baş verib.
Qeyd olunan istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb. İstehsalat qəzalarının daha çox tikinti və nəqliyyat, emal sənayesi və mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən olunub. İstehsalatla əlaqəli bədbəxt hadisələrin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə təhqiqat işləri aparılıb və aidiyyəti üzrə tədbirlərin görülməsi təmin edilib.
Xidmət tərəfindən işəgötürənlər arasında işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi ilə bağlı norma, qayda və prinsiplər barədə məlumatlandırma işləri də aparılıb. Xüsusən istehsalat qəzası riski yüksək olan müəssisələrdə əməyin təhlükəsizliyinin təmin olunması və qəzaların qarşısının alınması üçün önləyici tədbirlərlə bağlı işəgötürənlərə ətraflı məlumatlar verilib, onlara müvafiq metodiki köməkliklər göstərilib.Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1107 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1017 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 934 dəfə oxunub